Malatyada dağılan binalarla əlaqədar 7 şübhəli həbs olundu

Malatyada dağılan binalarla əlaqədar 7 şübhəli həbs olundu

Malatyada baş verən zəlzələdə dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində 7 şübhəli həbs edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Respublika Baş Prokurorluğu, şəhərdəki binaların zədələnməsi və dağılması nəticəsində baş verən ölüm və yaralanma hadisələrinə görə məsuliyyət daşıyan memarlar, podratçılar, mühəndislər, nəzarətçilər və bina sahiblərinin Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 46 şübhəli barəsində istintaq başladıldığını bildirib.

Açıqlamada, nəzarətə alınaraq ədliyyəyə sövq edilən 7 şübhəlinin həbs olunduğu, 12 şübhəlinin istintaqının davam etdiyi bildirilib. Həmçinin məsələ ilə bağlı 20 şübhəlinin tutulması üçün Ankara, Antalya, Çanaqqala, Çorum, İstanbul, Konya və Orduya əmr yazıldığı, barələrində beynəlxalq səyahət qadağası tədbirinin görüldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə