İtaliyanın Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun yeni rekorda imza ataraq 2,76 trilyon avronu keçdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, borc ÜDM-in 150,3%-nə çatıb ki, bu da 2021-ci illə müqayisədə 84 milyard avro çoxdur. 2020-ci ildə COVID-19 məhdudiyyətləri və nəticələrinə görə dövlət borcu ÜDM-in 155%-ni ötüb.
İtaliyalı ekspertlər qeyd edirlər ki, karantin tədbirlərinin ləğvindən sonra iqtisadiyyat böyüməyə başlayıb, lakin 2022-ci ildə enerji qiymətlərinin kəskin artması səbəbindən bu proses dayanıb.
Hazırda ölkənin hər bir vətəndaşının payına düşən dövlət borcunun həcmi təxminən 47 min avro təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB