Ukrayna Vaşinqtondan daha bir əlavə maliyyə yardımı alacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Söhbət ABŞ-nin Ukrayna hakimiyyətinə maliyyə yardımı kimi ayırmağı planlaşdırdığı 9,9 milyard dollardan gedir.
Vəsaitin yaxın aylarda ayrılacağı bildirilib.
Xatırladaq ki, ABŞ, demək olar ki, müharibənin əvvəlindən Ukraynaya həm pul, həm silah, həm də sursatla fəal dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB