Ruslar Donetski atəşə tutdu

Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub. SİA xəbər verir ki, bu barədə Donetsk vilayətinin hərbi idarəsinin rəhbəri Pavlo Kırilenka məlumat yayıb.

O qeyd edib ki, fevralın 15-də Rusiya hərbçiləri Pokrovskda (Donetsk vilayəti) çoxmərtəbəli binanı atəşə tutublar.

Yekun məlumatlara görə, 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə