“Türkiyə tək ürək” kampaniyasına toplanan vəsait 108 milyard lirəni keçib

“Türkiyə tək ürək” kampaniyasına toplanan vəsait 108 milyard lirəni keçib

Fevralın 15-də axşam saatlarından Türkiyənin səkkiz televiziya kanalı zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayıma başlayıb. SİA “TRT Haber” saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 01:05-ə olan məlumata görə, kampaniya çərçivəsində 108 milyard 663 milyon 1563 min lirə toplanıb. İndiyədək 6 milyon 862 min SMS göndərilib. Yardım kampaniyası davam edir.

“Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunur.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanır. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olurlar.

Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə