Rusiya Ukraynaya dronlarla hücum edib

Rusiya Ukraynaya dronlarla hücum edib

İranın “Shahed” kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib. SİA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak məlumat verib.

Dronların istifadəsini Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da təsdiqləyib: “Düşmən PUA-ları regionun hava məkanında”.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib. Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə