Avropa Parlamenti Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilini azad etməyə və ona xaricdə müalicə olunmaq imkanı verməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin bu gün, fevralın 15-də qəbul etdiyi qətnamədə deyilir.
Avropa Parlamenti 577 “lehinə” səslə “Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət haqqında” qətnaməni qəbul edib və bu qətnamədə rəsmi Tbilisini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini həbsdən azad etməyə çağırıb.
Onun kəskin arıqlaması ilə bağlı xəbərləri və həbsdə olarkən ağır metal zəhərlənməsindən əziyyət çəkmiş ola biləcəyi ilə bağlı fərziyyələri qeyd edən Avropa Parlamenti deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır.
Qeyd edək ki, bundan əlavə, Avropa Parlamentinin deputatları hazırkı prezident Salome Zurabişviliyə konstitusion hüququndan istifadə etmək və Mixail Saakaşvilini əfv etmək üçün müraciət ediblər.
Onu da qeyd edək ki, bu məsələ ilə bağlı 577 deputat qətnamənin lehinə, 33 deputat əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB