Vladimir Jirinovskinin “gələcəklə bağlı” proqnozları Rusiya Liberal Demokrat Partiyasının muzeyində yerləşən kapsulda yerləşdirilib ki, bu da 2036-cı ildə açılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilov məlumat verib.
Nilovun dediyinə görə, Vladimir Jirinovskinin heç bir gündəliyi olmayıb. Nə olubsa, o, iclaslarda kameraya, diktofona danışıb və bütün bunlar ictimai mülkiyyətdədir, yəni Liberal Demokrat Partiyasının arxivində saxlanılır.
Vladimir Jirinovskinin proqnozları olaraq qoyub getdiyi və yalnız 2030-cu ildən sonra öyrənə biləcəyimiz yeganə şey Liberal Demokrat Partiyası muzeyindəki bir kapsuldadır. Biz onu 2036-cı ildə açacağıq və əminik ki, onun növbəti proqnozları özünü doğruldacaq.
Qeyd edtdiyimiz kimi, bunu Jirinovskinin partiyadaşı Yaroslav Nilov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB