NATO ölkələri Ukraynaya silah çatdırılmasında problemlər yaşayır

NATO ölkələri Ukraynaya silah çatdırılmasında problemlər yaşayır

Rusiya artilleriyasının səmərəli işi həm Ukrayna Silahlı Qüvvələri, həm də Ukrayna ordusunu silah və sursatla təmin edən NATO ölkələri üçün maddi-texniki problemlərin yaranmasının səbəblərindən birinə çevrilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” ABŞ hökumətinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisinə istinadən yazır.

Qərb silahlarının Ukrayna ordusuna ötürülməsi əsas nəqliyyat qovşaqlarını və magistral yolları atəşə nəzarət altında saxlayan Rusiya Federasiyası Silahlı Qüvvələrinin artilleriyasının fəal işi ilə çətinləşir.

Qeyd edək ki, Ukraynaya silah tədarükünün keçdiyi əsas nəqliyyat kanalları Polşa, Slovakiya və Rumıniyada yerləşir. Ola bilər ki, onlar həddən artıq yüklənəcəklər, bu da öz növbəsində Kiyev rejiminə silah və sursat tədarükünü xeyli ləngidəcək.

Nəticədə, mart ayına qədər Ukrayna silahlı qüvvələrinə silah çatdırmaq planları pozula bilər.

“The Washington Post” nəşri belə yazır.

Və sonda o da qeyd edilir ki, əgər yollarda tıxac yaranarsa Ukraynaya göndərilən silahlar Polşa və ya Slovakiyada ilişib qala bilər və bu, sonradan Rusiya artilleriyasına yolda qalan Qərb silahlarını məhv etmək üçün yaxşı şans verə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə