Estonlar daha bir rus fəalını ölkədən qovublar

Estonlar daha bir rus fəalını ölkədən qovublar

Estoniya hakimiyyəti “Avropada rus həmvətənləri” qeyri-kommersiya təşkilatının rəhbəri və “Ölməz alay” aksiyasının təşkilatçısı Sergey Çaulini ölkədən deportasiya edib. Estoniya Təhlükəsizlik Polisi Departamentinin məlumatına görə, onun yaşayış icazəsi nifrətə səbəb olduğu üçün ləğv edilib.

SİA bu barədə rus saytlarına istinad edir.

Respublikanın hakimiyyət orqanlarının məlumatına görə, Şaulin ılkədə rusiyayönlü təbliğat aparmaqla yanaşı, həmçinin milli və siyasi ədavəti də qızışdırırmış.

Fəal Estoniyadan qovulub, çünki o, ictimai qaydaya və milli təhlükəsizliyə təhlükə yaradır”.

Qeyd edək ki, Çaulin artıq Estoniyanı tərk edərək Rusiyaya gəldiyini təsdiqləyib.

Bundan əvvəl Estoniya hakimiyyəti “Ölməz alayın” digər təşkilatçısı Aleksey Esakovu da ölkədən çıxarmışdı. Estoniyanın təhlükəsizlik polisinin iddiasına görə, Esakov da Şaulin kimi etnik ədavəti qızışdırıb, Kreml təbliğatı yayıb, Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırırmiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə