2023-cü il fevralın 7-dən fevralın 13-dək Rusiyada həftəlik inflyasiya 0,18 faizə qədər yavaşlayıb, amma illik inflyasiya, əksinə, həftə ərzində 11,77 faizdən 11,8 faizə qədər sürətlənib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Rosstat”ın materiallarında deyilir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, eyni dövrdə illik inflyasiya bir həftə əvvəlki 11,72 faizdən 11,61 faizə enib.
Yeri gəlmişkən əlavə edək ki, bu ayın əvvəlindən inflyasiya ötən ilin fevralında olan 1,17 faiz ilə müqayisədə 0,40 faiz təşkil edib.
Rus saytlarınən yazdığına görə, ölkədə inflyasiyanın artmasına ən çox meyvə-tərəvəzin qiymətləri və hava nəqliyyatı təsir edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB