Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupundakı üzvlüyünə xitam verilir
Bu arada Rusiya Dövlət Duması Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasını denonsasiya edib.
Yeri gəlmişkən, SİA-nın da xatırlatdığı kimi, bu sənəd hələ 1999-cu il yanvarın 27-də Strasburqda imzalanmışdı.
Müşayiət olunan materiallarda göstərildiyi kimi, müvafiq qərar Avropa Şurası Nazirlər Komitəsinin Rusiya Federasiyasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupuna üzvlüyünə xitam verilməsi barədə qərarından sonra qəbul edilib.
Belə ki, bu qərarın şərtlərinə uyğun olaraq, Qrupun ölkənin Konvensiyadan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etdiyi hallar istisna olmaqla, Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupundakı üzvlüyünə xitam verilir.
Yəni Rusiya da hesabatların müzakirəsində və ya qəbulunda iştirak etmək hüququndan məhrum edilir yəni səsvermə hüququnu da itirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB