“Ukrayna faktiki olaraq artıq NATO-nun üzvüdür?”

“Ukrayna faktiki olaraq artıq NATO-nun üzvüdür?”

...NATO-nun Ukraynanın alyansa üzvlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri fevralın 15-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında blokun baş katibi Yens Stoltenberq Brüssel görüşündən sonra danışıb.

Stoltenberq gizlətməyib, NATO-nun hazırda Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsinə yönəldiyini bildirib.

Və Ukraynanı inteqrasiya etməyin, onun Avro-Atlantik əməkdaşlığa doğru hərəkətini təmin etməyin yeganə yolunun Ukraynanın suveren və müstəqil dövlət kimi mövcudluğunu davam etdirməsində olduğunu deyib.

Bununla yanaşı, Stoltenberq qeyd edib ki, hazırda Kiyevə Sovet dövrünün silahlarından, doktrinalarından və standartlarından NATO standartlarına keçməkdə köməklik göstərilir.

Maraqlıdır ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov Ukraynanın faktiki olaraq artıq NATO-nun üzvü olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə