Putin döyüşlərin gedişi haqqında müntəzəm məlumatlandırılır

Putin döyüşlərin gedişi haqqında müntəzəm məlumatlandırılır

Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın gedişi haqqında tam və etibarlı məlumatı Müdafiə Nazirliyi vasitəsilə...onlayn alır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri dövlət başçısının mətbuat katibi Dmitri Peskov fevralın 15-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Kreml təmsilçisindən Rusiya prezidentinə Uqledar yaxınlığındakı vəziyyətdən xəbərdar olub-olmaması ilə bağlı soruşublar.

Xatırladaq ki, burada Ukrayna yaraqlıları, DXR rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilinin müşaviri, yaralıları arxa tərəfə təxliyə edən bir qrup rusiyalı həkimi güllələyiblər.

Peskov Vladimir Putinin olanlardan xəbərdar olduğunu bildirib.

Kreml nümayəndəsi, Ukrayna Silahlı Qüvvələrinin bu hərbi cinayətinə Rusiyanın beynəlxalq platformalarda reaksiyası ilə bağlı suala cavab olaraq, belə bir işin rus diplomatları tərəfindən davam edən hərbi əməliyyatlar çərçivəsində həyata keçirildiyini bildirib.

Yeri gəlmişkən, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Luqansk Xalq Respublikası ərazisində Ukrayna Silahlı Qüvvələrinin ikinci laylı müdafiəsini keçərək, düşmənin dayaq məntəqələrini darmadağın etdiyinivə yeni mövqelər tutduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə