Zəlzələ bölgəsinə odun daşıyan yük maşını qəzaya uğrayıb

Zəlzələ bölgəsinə odun daşıyan yük maşını qəzaya uğrayıb

Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Zonguldakdan Malatyaya odun görən yük maşını, sürücünün sükana nəzarəti itirməsi nəticəsində Karabükdə yol kənarındakı ağaclara çırpılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya çatdırılıb və müalicə olunub.

Qəza anı təhlükəsizlik kamerasına əks olunub. Kadrlarda yük maşınının istirahət obyektinin qarşısındakı ağaclara çırpıldığı və ağacların aşdığı görünür. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə