Türkiyədə səhlənkarlığı aşkarlanan 4 şübhəli həbs edilib

Türkiyədə səhlənkarlığı aşkarlanan 4 şübhəli həbs edilib

Kahramanmaraşda iki böyük zəlzələdən zərər çəkən Osmaniyedə tikinti qüsurları və çökən binalarla bağlı sütun kəsmə iddiaları ilə nəzarətə alınan 14 şübhəlidən 4-ü həbs edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmaniye Respublika Baş Prokurorluğundan alınan məlumata görə, fevralın 6-da Osmaniyedə baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan bina və yerlərdə aşkarlanan tikinti qüsurları ilə bağlı araşdırmalar davam edir.

İstintaq çərçivəsində saxlanılan və əməliyyatları tamamlanan 14 şübhəlidən 11-i ədliyyəyə sövq edilib. Şübhəlilərdən 4-ü prokurorluq tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb. Həbs tələbi ilə növbətçi hakimliyə gətirilən 7 şübhəlidən 4-ü həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Üç şübhəlinin istintaqı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə