Bu ölkələr “Leopard-2”lərin Ukraynaya tədarükündə iştirak etməyəcək
Hollandiya və Danimarka Ukraynaya “Leopard-2” tanklarının tədarükündə iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazıb.
Nəşr Niderland və Danimarka hökumətlərinə müraciət edərək bu dövlətlərin Ukraynaya “Leopard-2”ni tədarük etməyə hazır olub-olmadığını öyrənmək istəyib.
Hər iki ölkənin səlahiyyətliləri sözügedən tankların tədarükündə iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB