ABŞ İrana məxsus silahları Ukraynaya verə bilər

ABŞ İrana məxsus silahları Ukraynaya verə bilər

ABŞ Yəmən yaxınlığında ələ keçirdiyi İrana məxsus minlərlə silahı Ukraynaya verə bilər. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

ABŞ Yəməndəki yaraqlılar üçün nəzərdə tutulmuş bir milyondan çox patronu da Ukraynaya göndərməyi düşünür.

Məqalədə qeyd olunur ki, Yəmən sahillərində qaçaqmalçılıqda şübhəli bilinən şəxslərdən ələ keçirilən 5000-dən çox avtomat, 1,6 milyon atıcı silah üçün patron, az sayda tank əleyhinə raket və 7000-dən partlayıcının Ukraynaya göndərilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə