ABŞ prezident administrasiyası Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, müharibə dönüş nöqtəsindədir və Ukrayna ordusu Qərbdən böyük miqdarda hərbi yardım alarkən döyüş meydanında mümkün qədər çox uğur qazanmalıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Amerikanın “The Washington Post” qəzeti mənbələrə istinadən yayıb.
Deyilənlərə görə, yanvarda Kiyevə səfər edən ABŞ rəsmiləri Ukrayna hakimiyyətinə qarşıdakı ayların kritik olacağını bildiriblər.
“Ukraynaya lazım olan müddətdə” dəstək vermək vədlərinə baxmayaraq, ABŞ rəsmiləri hesab edirlər ki, Qərbin Kiyevə son yardım paketi münaqişənin gedişatını dəyişmək üçün ən yaxşı şansdır.
Qeyd edək ki, bu yay Ukrayna üçün hazırkı yardım paketi başa çatır və bundan sonra Kiyevə dəstək vermək çətinləşəcək. Bayden administrasiyası indi Konqreslə Ukraynaya daha 10 milyard dollarlıq birbaşa maliyyə yardımı ayırmaq üçün işləyir. Yeni paketin Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, Rusiyanın işğalının ildönümündə elan ediləcəyi də gözlənilir.
Yeri gəlmişkən, Amerika kəşfiyyatı Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krımı geri qaytara bilməyəcəyi qənaətinə gəlib.
Amerika kəşfiyyat xidmətlərinin məlumatına görə, Ukrayna ordusu yaxşı möhkəmləndirilmiş Krım yarımadasını hələ də azad etmək iqtidarında deyil.
Kiyev isə bəyan edir ki, məqsədi bütün Ukrayna torpaqlarını - 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni ilhaq edilmiş Krımı azad etməkdir.
Bayden administrasiyası hesab edir ki, indi hər şeyi etmək lazımdır ki, Ukrayna Rusiya ilə danışıqlara başlamazdan əvvəl yaxın gələcəkdə mümkün qədər çox ərazini geri ala bilsin.
Bunu da “The Washington Post” yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB