Suriyada zəlzələ üzrə xilasetmə işləri başa çatıb

Suriyada zəlzələ üzrə xilasetmə işləri başa çatıb

Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü “Əl-Hədas” telekanalına müsahibəsi zamanı bildirib.

“Mülki Müdafiə Qüvvələri ölkənin şimalında baş verən zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə fəaliyyətlərini başa çatdırıb”, - deyə o söyləyib.

Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə