Yunanıstan hakimiyyəti Ukraynaya 20 ədəd BMP-1 zirehli maşını təhvil verib. Hərbi yardım paketinə döyüş sursatı da daxildir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun konfransında Yunanıstanın müdafiə departamentinin rəhbəri Nikolaos Panaqiotopulos bildirib.
Qeyd edək ki, Panaqiotopulos, Afinanın Ukrayna xalqının Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləməkdə davam edəcəyinə işarə edib.
Qeyd edək ki, həmə tədbirdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli 11 ölkənin Ukraynaya tanklar, 22 ölkənin - piyadaların döyüş maşınları və daha 9 ölkənin isə hava hücumundan müdafiə sistemləri təhvil verəcəyini bildirib.
Beləliklə, İtaliya və Fransa Ukraynaya yeni SAMP/T zenit-raket komplekslərini təhvil verməyə hazır olduqlarını bəyan etdilər.
O bildirib ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu konfransı iştirakçıları öhdəlik götürülmüş silahların tədarükünə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin təliminə, ehtiyat hissələri ilə təmin olunmasına, zəruri maddi-texniki təminat məsələlərinin həllinə və silahlara lazımi texniki xidmətin təmin edilməsinə yönəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB