Qərbdən qurtulmaq Rusiya üçün gözəl hədiyyə oldu?

Qərbdən qurtulmaq Rusiya üçün gözəl hədiyyə oldu?

Qərbdən qurtuluş Rusiya üçün heç vaxt ağlına da gəlməyən bir hədiyyədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri özünün YouTube kanalında ABŞ dəniz kəşfiyyatının keçmiş zabiti Skott Ritter səsləndirib.

Ritter bildirib ki, ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı aqressiv bəyanatları ilə ona ən yaxşı hədiyyəni verib. Beləliklə, təqaüddə olan amerikalı zabit deyir ki, Rusiya dövləti nəhayət ki, ona dost olmayan ölkələrin təsirindən qurtula bildi.

“Moskva boşanma tələb etmədi, bu şəraiti Moskva üçün ABŞ yaratdı. Bu, Rusiyanın xəyalına belə gətirə bilməyəcəyi bir hədiyyə oldu”. Ritter bildirib bunu.

Ritterə görə, Vaşinqton Qərb tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı təcavüz və təzyiq nümayiş etdirməklə Kremlin seçdiyi kursun düzgünlüyünü təsdiqləyib. Nəticədə Moskva başa düşdü ki, Rusiya nə vaxtsa kollektiv Qərbin ona münasibətini dəyişəcəyinə və onunla bərabərhüquqlu dialoqa başlayacağına ümid etməməlidir.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ dəniz kəşfiyyatının keçmiş zabiti Rusiyanın Ukrayna silahlı birləşmələri üzərində əhəmiyyətli üstünlüyə malik olduqlarını və hətta yaxınlarda qalib gələcəklərini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə