Latviyada yeni doğulanların sayı kəskin şəkildə azalıb

Latviyada yeni doğulanların sayı kəskin şəkildə azalıb

2022-ci ildə Latviya doğum səviyyəsinə görə bir əsrlik antirekord qoyub.

Beləliklə, Latviyanın Statistika Departamenti son 100 ildə ölkədə ən aşağı doğum səviyyəsinin yaşandığını bildirib.

Belə ki, ötən il ölkədə yeni doğulanların sayı təqribən 15 535 nəfər təşkil edib ki, bu da deyildiyi kimi, ölkə üçün son 100 ildə ən aşağı göstəricidir.

SİA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, 2021-ci illə müqayisədə Latviyada doğum səviyyəsi 10,8 faiz azalıb.

Qeyd edək ki, bundan əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Latviya hakimiyyətini azlıqların dillərində təhsilin kəskin azalması səbəbindən... insan hüquqlarını pozmaqda ittiham etmişdi.

Beynəlxalq qurum Riqanın belə siyasətinin BMT-nin Uşaq Hüquqları Konvensiyasını pozduğuna dəlalət etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə