Türkiyədəki zəlzələ zamanı yaşayış binaları niyə belə asanlıqla aşdılar?

Türkiyədəki zəlzələ zamanı yaşayış binaları niyə belə asanlıqla aşdılar?

Türkiyədə zəlzələ nəticəsində aşan binalardan birinin bünövrəsində qəzet qırıntıları, polistirol köpük və çatlar aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə telekanalları yayımlayıb.

Bu arada “Mir 24” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ekspertlər İstanbulun Kadıköy səmtindəki binadan beton nümunələri üzərində araşdırma aparıb, onun tərkibi laboratoriyada öyrənilib.

Kompozisiyada qəzet qırıntıları, polistirol köpük və çoxsaylı çatlar aşkar edilmişdir. (...maraqlıdır ki, tpıntılar arasında pis gözdən qoruyan amuletlər də tapılıb-A.B.)

Qeyd olunur ki, ölkənin cənub-şərqində yerləşən şəhərlərdə keyfiyyətsiz beton zəlzələ nəticəsində çoxsaylı insan tələfatına səbəb ola bilər.

Mütəxəssislər İstanbul və onun ətrafında zəlzələ baş verərsə, bunun acınacaqlı nəticələrə səbəb olacağından narahat olduqlarını bildirirlər, çünki şəhər belə sınaqlara hazır deyil.

Bir daha xatırladaq ki, Türkiyədə zəlzələ qurbanlarının sayı artıq 32 min nəfəri keçib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə