İran qaz hasilatını 50 faiz artıracaq

İran qaz hasilatını 50 faiz artıracaq

Tehran 2031-ci ilə qədər qaz hasilatını 50 faiz artırmağı planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qonşu ölkənin neft nazirinin müavini və İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Möhsün Xojaste-Mehr, ölkəsinin 2031-ci ilə qədər qaz hasilatını 50 faiz artıracağını bəyan edib.

Xojaste-Mehr, bu layihənin təqribən 70 milyard dollar investisiya tələb edəcəyini də gizlətməyib.

O, həmçinin, Milli Neft Şirkətinin ölkənin mərkəzi rayonlarında qaz hasilatını 142 milyon kubmetrə çatdıracağını, 13 qaz yatağına 3,6 milyon dollar investisiya yatıracağını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə