Putin hakimlərə “humanist” olmağı təklif edib?

Putin hakimlərə “humanist” olmağı təklif edib?

Rusiya prezidenti Vladimir Putin, indiki şəraitdə sahibkarların əsassız cinayət təqibindən qorunması üçün qanunvericilik təminatları məsələsi xüsusi aktuallıq kəsb etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət başçısı iqtisadi sahədə cinayətlərdə şübhəli bilinən və təqsirləndirilən şəxslərin həbs müddətinin uzadılmasına qadağa qoyulmasını təklif edib.

O, həmçinin onlar üçün cəmiyyətdən təcrid olunmaqla bağlı olmayan qabaqlayıcı tədbirlərin, məsələn, girov və ya ev dustaqlığının seçilməsini təklif edib.

Putin bunun “ədalətin daha da humanistləşdirilməsinə” töhfə verəcəyini bildirib.

O, həmçinin qeyd edib ki, xüsusi hərbi əməliyyatda iştirak edən hərbi qulluqçuların və onların ailə üzvlərinin məhkəmə işlərinə təkcə hüquqi aspektlər deyil, həm də həyat şəraiti nəzərə alınmaqla baxılmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə