"Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb"

"Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb"

Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb.

ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.

Sözçü qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Türkiyədən transsərhəd yardımların çatdırılmasına icazə verilməsi daxil, beynəlxalq ictimaiyyətin Suriyada zəlzələdən təsirlənən bölgələrə yardımın çatdırılması üçün bütün gücü ilə işləmək mövzusunda əxlaqi məsuliyyəti var.

“Bu, siyasi deyil, insani məsələsidir. Biz dünya ölkələrini Türkiye və Suriya xalqlarına dəstək olmaq üçün əllərindən gələni etməyə çağırırıq", - Prays bildirib.

Digər tərəfdən, ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda bəzi simvolik körpülər qırmızı və ağ rənglərlə işıqlandırılıb.

Türkiyənin Bostondakı Baş Konsulluğu tərəfindən edilən paylaşımda "Bostondakı simvolik körpülər zəlzələ səbəbindən bayrağımızın rəngləri ilə işıqlandırıldı. Bu həmrəyliyə görə təşəkkür edirik" ifadələrdən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə