Priqojinin "trol fabriki"

“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin İnternet Araşdırmaları Agentliyi, əməkdaşları təbliğat yazıları yazmaqla məşğul olan “trol fabriki” yaratdığını bəyan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə bir qrup xarici jurnalistə danışarkən bildirib.

Maraqlıdır ki, heç bir vaxt millətçi olmadığını deyən Priqojin, “trol fabriki”ni guya Rusiya informasiya məkanını aqressiv təbliğatdan qorumaq üçün yaratdığını bildirib.

Qeyd edək ki, o, məqsədinin Qərbdən gələn anti-Rusiya tezislərə cavab vermək olduğunu deyib.

Maraqlıdır, nədir bu “trol fabriki” (?)

Xatırladaq ki, hələ 2013-cü ildə Rusiyanın “Novaya qazeta” nəşri Yevgeni Priqojinin İnternet Araşdırmaları Agentliyinin sahibi olduğunu bildirən araşdırma yaymışdı.

Təbii ki, bununla o, hakimiyyəti dəstəkləyən təbliğat xarakterli şərhlərin yazılması və dərc edilməsi ilə məşğul olub.

Onu da qeyd edək ki, təşkilat Sankt-Peterburqun Olqino mikrorayonunda yerləşirdi.

Beləliklə, şirkətin sosial media yazıları, xəbərləri və videoları yaradan bir neçə şöbəsi var idi. Təşkilatın xarici mətbuat saytlarına şərh vermək üçün məsul ayrıca bölməsi də var idi. “Troll fabriki”nin işçiləri prezident Vladimir Putinin nailiyyətləri haqqında şərhlər və müxalifəti tənqid edən yazılar yazmaq üçün maaş alırdılar. Təşkilatın heyətinin ən azı 400 nəfər olduğu güman edilir, iş gecə-gündüz gedirdi.

Yeri gəlmişkən, agentliyin rəsmi təsisçisi və baş direktoru istefada olan polis polkovniki Mixail Bıstrov olub. 2014-cü ildə “Anonymous İnternational” haker qrupu "trol fabriki"nin Yevgeni Priqojinlə əlaqəli strukturlar tərəfindən maliyyələşdirildiyini təsdiqləyən sənədləri dərc etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə