Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını davam etdirdiyini bildirərək deyib...
Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını davam etdirdiyini bildirərək “NATO bizə düşmən olan bir təşkilatdır və üzvləri hər gün düşmənliklərini bir daha təsdiqləyirlər”- deyə bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Peskov paytaxt Moskvada gündəmə bağlı qiymətləndirmələr edərək söyləyib: “NATO Ukraynada fevralın 24-dən bəri davam edən münaqişələrdə iştirak etdiyini göstərir. Bizə düşmən olan bu təşkilatın ölkələri Ukraynadakı münaqişələrdə iştiraklarını göstərmək üçün əllərindən gələni edərək hər gün düşmənliklərini bir daha təsdiq edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB