Rusiya Avropa İttifaqı Şurasının daha bir qara siyahısında

Rusiya Avropa İttifaqı Şurasının daha bir qara siyahısında

Bu arada Avropa İttifaqı Şurası Rusiyanı vergi məsələlərində Avropa İttifaqı ilə əməkdaşlıq etməyən ölkələrin “qara siyahısı”na daxil edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, əslində Rusiya Federasiyası Kosta Rika, Marşal adaları və rezidentlərinin vergiləri haqqında məlumatı Avropa İttifaqının fiskal orqanlarına açıqlamayan digər yurisdiksiyalarla birlikdə ofşor zonalar adlandırılan zonalardan birinə çevrilib.

“Vergilərlə bağlı məsələlərdə Rusiya ilə dialoq dalana dirənib”, Avropa İttifaqı Şurası belə bəyan edib.

Qeyd edək ki, Rusiya Federasiyasının “qara siyahı”ya daxil edilməsinin səbəbləri 2022-ci ildə qəbul edilmiş düzəlişlər nəzərə alınmaqla yenilənmiş Rusiya qanunvericiliyinin auditinin nəticələridir.

Xüsusilə, auditorlar Rusiya beynəlxalq holdinq şirkətləri üçün xüsusi rejimin zərərli tərəflərini aradan qaldırmaq öhdəliyini yerinə yetirmədiyini əsaslandırırlar.

Yeri gəlmişkən, yaşananların əsassız olmadığını yazan rus saytları nümunə kimi Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyartonun dediklərini göstərirlər.

Belə ki, bir müddət bundan əvvəl macar nazir Avropa Parlamentini dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biri olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə