Türkiyədə baş verən zəlzələ bölgəsində maraqlı hadisə yaşanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Malatyada baş verib.
Belə ki, axtarış-xilasetmə qrupunun tərkibində Çindən Türkiyəyə gələn Jun Canq dağıntıların altından Quran kitabı çıxarıb.
Quranın sahibi olan ailə kitabı xilasediciyə hədiyyə edib. Bundan təsirlənən xilasedici müsəlman olduğunu və İslam dinini qəbul etdiyini açıqlayıb.
Çinli xilasedici daha sonra yeni ad götürüb. O, Yusif adının uyğun olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB