Zəlzələ bölgəsində çalışan əcnəbi qruplarının sayı AÇIQLANIB

Zəlzələ bölgəsində çalışan əcnəbi qruplarının sayı AÇIQLANIB

Türkiyə Xarici İşlər Nazirliyi Kahramanmaraşda iki böyük zəlzələdən zərər çəkmiş 10 vilayətdə 80 ölkənin axtarış-xilasetmə qruplarının sahədə olduğunu açıqlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlik öz "tviter" hesabında zəlzələ bölgələrinə xaricdən gələn axtarış-xilasetmə və yardım qrupları ilə bağlı son vəziyyəti paylaşıb.

Məlumatda, 100 ölkənin yardım təklif etdiyi, 80 ölkənin axtarış-xilasetmə qruplarının isə ərazidə olduğu bildirilib. Zəlzələ ərazisində 9247 əcnəbi personalın olduğu vurğulanaraq, əlavə qrupların göndərilməsi gözlənilən ölkələrin sayının 5, gələcək əcnəbi sayının isə 860 olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə