Milli həndbolçu Cemal Kütahya və oğlundan üzücü xəbər gəldi

Milli həndbolçu Cemal Kütahya və oğlundan üzücü xəbər gəldi

Türkiyə Həndbol Federasiyası Milli Komandanın kapitanı Camal Kütahya və oğlu Çınarın Kütahyada baş verən zəlzələdə həyatını itirdiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Həndbol Federasiyasından verilən açıqlama belədir: "Antakyada yaşadığı evin dağıntıları altında qalan canımız, kişilərdən ibarət Həndbol Milli Komandamızın kapitanı Camal Kütahya və oğlu Çınar Kütahyanın vəfatını dərin hüznlə öyrəndik. Türkiyə Həndbol Federasiyası olaraq kapitanımız Cemal Kütahya və oğlu Çınar Kütahyaya Allahdan rəhmət, yaxınlarına isə başsağlığı və səbr diləyirik. İllərdir ölkəmizi ən yüksək səviyyədə uğurla təmsil edən Camal Kütahyanın adının qalması üçün əlimizdən gələni edəcəyik. Ölkəmizə verdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm, Camal. Biz sizdən razıyıq, sizi unutmayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə