Polşa artıq 250 ədəd sovet istehsalı T-72 tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski məlumat verib.
O qeyd edib ki, Polşa gələcəkdə 60 ədəd modernləşdirilmiş T-72 və PT-91 Tvardi tankalarını da Kiyevə tədarük edəcək.
“Biz həmçinin əlavə olaraq 14 ədəd Leopard tankını da Ukraynaya çatdırmağı planlaşdırırıq”, - deyə o, əlavə edib.
Moravetskinin sözlərinə görə, Polşa Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB