"Serbiya Rusiya ilə tərəfdaşlığın dəyərini anlayır"

"Serbiya Rusiya ilə tərəfdaşlığın dəyərini anlayır"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya görə, Serbiya hakimiyyəti Rusiya ilə tərəfdaşlığın dəyərini yaxşı bilir.

Və əgər onlar Qərbin tərəfini seçsələr, bu, onların maraqlarına zərər vuracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bazar ertəsi, fevralın 13-də Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Zaxarova xatırladıb ki, Vaşinqton, Brüssel və Qərbi Avropanın digər paytaxtlarından olan emissarlar daim Serbiya rəhbərliyinə “sərt təzyiq” edirlər. Və bu, “hər gün” davam etdirilsə də, amma Belqrad üçün vacib olan suallar riskə atılır.

“Milli maraqlar sövdələşmə predmeti deyil, Belqrad Rusiya-Serbiya strateji tərəfdaşlığının müstəqil dəyərini anlayır və buna görə də münasibətlərimizə xələl gətirən əməli tədbirlərdən çəkinir. Məntiq göstərir ki, əks seçim qaçılmaz olaraq Serbiyanın özünə düzəlməz ziyan vurmaqla əlaqələndiriləcək”.

Bunu deyən Zaxarova onu da vurğulayıb ki, Moskva Rusiya ilə əməkdaşlığı davam etdirmək üçün Belqradın nəyə ehtiyac olduğunu yaxşı bilir.

Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç bir müddət əvvəl Qərbin davamlı təzyiqləri səbəbindən ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olacağını bildirmişdi. O qeyd edib ki, Qərb ölkələri ilə Rusiya arasındakı qarşıdurma səbəbindən Serbiya indi iki daş arasında qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə