Bu ölkələr zəlzələ qurbanları üçün viza rejimini asanlaşdırır

Bu ölkələr zəlzələ qurbanları üçün viza rejimini asanlaşdırır

İsveçrə Dövlət Miqrasiya Katibliyi (SEM) bildirib ki, bəzi istisnalar istisna olmaqla, ölkəyə giriş üçün hələ də etibarlı viza tələb olunur. Bu səbəbdən zəlzələlərdə evləri dağılan insanlar sürətləndirilmiş prosesdən yararlanmaq üçün “təcili tibbi yardım” tələbi müracitət etməlidilər. Aidiyyəti şəxslər “sürətli keçid” tələblərini ərizə ilə İsveçrənin İstanbuldakı Baş Konsulluğuna bildirə bilirlər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Hollandiya hökumətinin internet saytında əks edən açıqlamada isə: “Türkiyədən Hollandiyadakı qohumlarının yanına getmək istəyənlərin viza tələblərinə prioritet veriləcək”.

Belçikanın immiqrasiya və sığınacaq naziri Nikol de Mur da öz “Twitter” hesabında: “Bir çox belçikalının Türkiye və Suriyada zəlzələdən zərər çəkmiş ailələri var və onlar öz qohumlarını evlərində qonaq etmək istəyirlər. Bu səbəbdən bölgədən olan viza müraciətlərinin daha tez cavablanması təlimatı verilib”.

İngiltərədə də qohumları olan zəlzələ qurbanlarına xüsusi viza verilməsi üçün ölkə üzrə petisiya kampaniyası başlayıb.

İngiltərə parlamentinə təqdim edilməsi üçün başlanan petisiyada ölkədəki bir çox türkün zəlzələ bölgəsində qohumlarının olduğu, hökumətin bu şəxslərin yaxınları ilə görüşməsini təmin etməli olduğu qeyd edilib.

Kampaniya yolu ilə 100 min imza toplanarsa, sorğu parlamentdə müzakirəyə çıxarılacaq.

Ötən həftə Türkiyədə baş verən və episentri Kahramanmaraş olmaqla 10 vilayəti təsiri altına alan, minlərlə insanın ölümü ilə nəticələnən 7,7 və 7,6 bal gücündəki zəlzələlər “əsrin fəlakəti” olaraq xarakterizə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə