Rusiya imperiyasını fransızlar, almanlar və ukraynalılar yaradıblar, ona görə də bu ölkələrin Rusiyanın gələcək taleyini müəyyən etmək hüququ var.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri fevralın 13-də
Ukrayna diplomatiyasının rəhbəri Dmitri Kuleba deyib.
Sosial şəbəkələrdə Kulebanın Rusiya imperiyasının qurucularının ukraynalılar, fransızlar və almanlar olduğunu iddia etdiyi Ukraynanın “Azadlıq” telekanalının yayımının videoyazısı yayılıb.
Onun sözlərinə görə, indi onların hamısı birlikdə Rusiya ilə bundan sonra nə edəcəyinə qərar verməlidirlər.
...Əgər bundan əvvəl Rusiya bir imperiya olaraq Ukraynanın taleyini Avropadan müəyyən edirdisə, indi Avropanın bir hissəsi kimi Ukrayna Rusiya imperiyasının taleyini həll edəcək. Əslində, üç yüz illik tarix alt-üst olacaq. Rusiya imperiyasını fransızlar, almanlar və ukraynalılar yaradıblar və indi bundan sonra onunla nə edəcəyimizə qərar verməliyik.
Qeyd etdiyimiz kimi Kuleba bunu Kiyevin rəsmi mövqeyi yox, özünün şəxsi fikri olduğunu deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB