"Ukraynaya uzaqmənzilli ballistik raketlər verilməlidir"

"Ukraynaya uzaqmənzilli ballistik raketlər verilməlidir"

ABŞ öz məqsədlərinə çatmaq üçün Ukraynadan istifadə edir. Bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper rusiyalı prankerlər Vovan və Lexus ilə söhbətində deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Pentaqonun keçmiş rəhbəri Ukraynaya uzaqmənzilli ballistik raketlərin tədarükünə dəstək verib.

O, Krım körpüsündə törədilən təxribata heyran olduğunu bildirib və Kiyevə Rusiya hədəflərinə hücumları davam etdirməyi tövsiyə edib.

Onun dediyinə görə, cəsur Ukrayna xalqı bizim ABŞ-da heç vaxt etmək istəmədiyimiz işləri görür. Buna görə də biz onlara əlimizdən gələn köməyi etməliyik: istər döyüş sursatı, istər silah, istər kəşfiyyat, bu döyüşü sona qədər dəstəkləmək vacibdir.

Qeyd edək ki, Vovan və Lexus söhbətdə Pentaqonun maraqları naminə Ukrayna ərazisində işləyən biolaboratoriyalardan bəhs ediblər.

Esper, sadəcə qeyd edib ki, Ukraynanın bu cür mühüm obyektləri qorumaq üçün müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyin vaxtı çoxdan çatıb.

P.S: Prankster sadəlövh vətəndaşlarla şər oyun, istehza və zarafatla məşğul olan şəxsdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə