Rusiyanın “Killnet” haker qrupu bazar ertəsi, fevralın 13-də Amerikanın Almaniyadakı Ramşteyn hərbi bazasının internet saytının sındırıldıqlarını elan ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bir qrup hakerin teleqram kanalı xəbər verir.
Belə ki, onlar NATO-nun bir neçə saytının gecə saatlarında güclü DOS hücumuna məruz qalması ilə bağlı daha əvvəl yayılan xəbərlərə də münasibət bildiriblər.
Hücum nəticəsində Ramşteyn bazasına hansı ziyan dəydiyi barədə məlumat verilmir.
Ancaq onun Avropa ölkələrində açılmadığı bildirilir.
Məlumatı endirməyə çalışarkən ya vaxt aşımı mesajı və ya NATO Hava Komandanlığı nişanı görünür.
Eyni zamanda, səhifə aktiv deyil və heç bir keçid eləcə də material yoxdur.
Qeyd edək ki, bir müddət bundan əvvəl ukraynalı hakerlər Rostov vilayətində kabel televiziyası operatorlarının şəbəkələrini sındıraraq rusiyalı tamaşaçılara Kiyev rejiminin başçısı Vladimir Zelenskinin müraciətini nümayiş etdirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB