“Sərt və soyuqqanlı peşəkar”

“Sərt və soyuqqanlı peşəkar”

Rusiya prezidenti Vladimir Putin ABŞ-da “sərt və soyuqqanlı peşəkar” hesab olunur. Hər halda, bu, ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiya rəhbəri haqqında fikirləridir.

SİA bunu rus saytlarına istinadən xəbər verir.

Amerikalı diplomat Con Bolton İctimai Yayım Xidmətinə müsahibəsində Vladimir Putini “sərt peşəkar” adlandırıb. O, iddia edir ki, Rusiya prezidenti ölkəsinin gücünə kifayət qədər aydın bələddir və həmçinin Sovet İttifaqının dağılmasını qeyri-qanuni hesab edir.

Bolton Rusiya lideri ilə görüşlərini xatırladaraq, Vladimir Putinin 2001-ci ilin sonundakı ilk görüşündən 2019-cu ildəki sonuncu görüşünə qədər davranışında elə də böyük dəyişiklik hiss etmədiyini vurğulayıb: “O, hər zaman özünə inamlı bir peşəkar təəssüratı yaradan sərt və soyuqqanlı bir insandır”.

Bolton eyni zamanda Putinin Rusiyanın dünyada mühüm rol oynadığına hər zaman arxayın olduğunu və bu etimadı hər kəsə göstərmək istədiyinə diqqət çəkib.

Amerikalı diplomat, Putini də bir çox ruslar kimi “SSRİ-nin dağılmasını qeyri-legitim” hesab etdiyinə əminlik bildirir.

Yeri gəlmişkən, xatırladaq ki, hələ 2005-ci ildə Rusiya rəhbəri SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə