Neftin qiyməti uzun müddətə olmasa da, amma arta bilər...

Neftin qiyməti uzun müddətə olmasa da, amma arta bilər...

Avropada Rusiyanın neft hasilatını azaltmasının onun qiymətlərinə ciddi təsir etməyəcəyinə əmindirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Rusiyanın mart ayında neft hasilatını azaltmaq qərarı uzunmüddətli perspektivdə xammal qiymətlərinin artmasına səbəb olmayacaq.

Ötən cümə günü Rusiyanın mart ayında neft hasilatını könüllü olaraq sutkada 500 min barel azaltmaq qərarını açıqlayan Rusiya baş nazirinin müavini Aleksandr Novak, belə bir qərarın ölkəsinin neft qiymətlərinə tavan tətbiq etdikdən sonra bəzi ölkələrlə bazar münasibətlərini bərpa etməyə kömək edəcəyini deyib.

Yeri gəlmişkən, fevralın 4-də Avropa İttifaqı Şurası Rusiyadan gələn neft məhsulları üçün qiymət tavanı tətbiq edib – 45 dollarlıq qiymət xam neftdən ucuz olan neft məhsulları – mazut və naftaya şamil edilir.

100 dollar qiyməti xam neftdən baha olan neft məhsulları üçün maksimumdur - bunlar benzin, dizel yanacağı və kerosindir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə