Gürcüstanın Batumi şəhərində Qara dəniz sahilində dəniz minası partlayıb. SİA-nın yerli “Rustavi 2” telekanalından əldə etdiyi məlumata görə, minanı sahulə axın gətirib.
Medianın məlumatına görə, partlayış sahil zolağından təxminən 25 metr aralıda, suda baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki limanlara yaxınlaşmalarda quraşdırdığı minalar kabellərin qırılması səbəbindən Bosfor boğazına doğru sürüşə biləcəyinin xəbərdarlığını etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB