Parisdən Belarusdakı fransızlara çağırış: ölkəni tərk edin...

Parisdən Belarusdakı fransızlara çağırış: ölkəni tərk edin...

Fransa Xarici İşlər Nazirliyi hazırda Belarusda olan həmvətənlərinə müraciət edib. İdarənin tövsiyəsinə əsasən, onlar Ukraynadakı münaqişə ilə əlaqədar dərhal ölkəni tərk etməlidirlər.

SİA bu barədə rus saytlarına istinad edir.

Parisin müraciətində deyildiyi kimi, tövsiyə “Rusiyanın Ukraynadakı hərəkətləri kontekstində”, həmçinin Belarusun hava məkanının bağlanması ilə bağlı verilib.

Fransa Xarici İşlər Nazirliyi həmvətənlərinə bu ölkəyə səfər etməkdən çəkinməyi, onun ərazisində olanların isə Litva, Polşa və ya Latviyadan keçən avtomobil yolu ilə mümkün qədər tez tərk etmələrini tövsiyə edir.

Qeyd edək ki, Belarusdan uçmağa hazırlaşan fransızlar hələ də çıxış vizası üçün müraciət etməlidirlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Polşanın baş naziri Belarusla bütün sərhədin bağlanacağını istisna etmədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə