Rusiya Ali Məhkəməsi hərbçilərə verilən cəzaların statistikasını gizlədib
...Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin statistik məlumatlarından hərbi xidmət əleyhinə cinayətlərə görə məhkumluqlara dair məlumatlar silinib.
SİA-nın bəzi mənbələrdən əldə etdiyi məlumata görə, bu cür cinayətlərə, əmrə tabe olmamaq, rəhbərliyə qarşı “zorakılıq”, bölməni icazəsiz tərk etmək, fərarilik və könüllü təslim olmaq (qeyd edək ki, məhz bu maddə ilə 2022-ci ildə cəzaların sayı artıb-A.B.) daxildir.
Qeyd edək ki, yuxarıda sadaladığımızlarla bağlı qəbul edilmiş bütün qərarlar haqqında məlumatlar cədvəllərdən birində dərc edilmişdir.
Yanvarda “Mediazona”nın jurnalistləri son cədvəllərdə bu cinayətlərlə bağlı təfərrüatların olmadığını qeyd ediblər. Metaməlumatları müqayisə etdikdən sonra, faylların dekabr ayında dəyişdirildiyini aşkar edilib.
Məlumatlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi sirr haqqında əmrinə və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin xarici mənbələrə daxil olduqda, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə edilə bilər-deyə silinib.
Qeyd edək ki, bu rus səlahiyyətlilərinin etirafıdır.
Beləliklə, 2022-ci ilin sentyabrında Rusiya hakimiyyəti müvafiq qanunvericiliyə “səfərbərlik” və “hərbi vəziyyət” anlayışlarını daxil etməklə, hərbi hissələri və ya növbətçi məntəqələri icazəsiz tərk etməyə görə cəzanı sərtləşdirib. Həmin vaxtdan həm səfərbərliyə çağırışdan yayınan, həm də Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etməkdən imtina edən Rusiya hərbçilərinə qarşı yüzlərlə cinayət işi qaldırılıb və artıq onlarla hökm çıxarılıb.
Fevral ayında Dövlət Duması "Hərbi qulluqçuların statusu haqqında" federal qanuna dəyişikliklər etdi, buna görə səfərbərlik və ya hərbi vəziyyət dövründə əsgərlər məhkəmənin qərarı olmadan intizam həbsinə məruz qala bilərlər. Sənəd qəbul olunarsa, o zaman onların komandirləri və ya hərbi polis nümayəndələri hərbi qulluqçuları həbs edə biləcəklər. Mövcud qanunvericiliyə görə, həbslə bağlı qərarı yalnız qarnizon hərbi məhkəməsi verə bilər.
Yeri gəlmişkən, media və hüquq müdafiəçiləri Ukrayna ərazisinə daxil olaraq cəbhə xəttinə getməkdən imtina edən səfərbərlərin hüquqlarının pozulması barədə dəfələrlə məlumat veriblər. O cümlədən, Donetsk vilayətində bir neçə “refuniklər üçün zirzəmi”nin olması barədə məlumat verilib. Hərbçilər orada faktiki işgəncə şəraitində, lazımi yemək, tibbi və hüquqi yardım olmadan saxlanılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB