Putin üçün zirehli qatar...

Bu da bir yenilik?

Deməli, Rusiya prezidenti Vladimir Putin son zamanlar təyyarə ilə deyil, qatarla səyahət edir.

SİA-nın “Dosye” Mərkəzinin araşdırmaların istinadən əldə etdiyi məlumata görə, Vladimir Vladimiroviç səfərləri üçün zirehli xüsusi heyətdən istifadə edir.

Qeyd edək ki, “zirehə boyanmış” xüsusi qatar hələ 2015-ci ildə hazırlanıb, lakin Putin onun xidmətindən 2021-ci ilin ikinci yarısından, Rusiya ordusunun Ukraynaya müdaxiləyə hazırlığa başlamasından sonra müntəzəm olaraq istifadə etməyə başlayıb

Onu da qeyd edək ki, zirehli qatarın yola düşməsi kortəbii, xəbərsiz ola bilər. Prezident təyyarəsinin hərəkətini onlayn xidmətlərdən istifadə etməklə izləmək mümkün olduğu üçün qatardan məxfilik səbəbindən istifadə edildiyi iddia edilir. Niyə? Çünki qatarlar üçün belə bir xidmət yoxdur.

Nə çöldəki qatarın şəkli, nə də Putinin qatardakı şəkli heç vaxt yayımlanmayıb. Dövlət başçısının xüsusi qatarı vizual olaraq Rusiya Dəmir Yollarının digər qatarlarından demək olar ki, fərqlənmir, lakin yenə də bir sıra xarakterik xüsusiyyətlərə malikdir.

Qatarın özəllikləri arasında prezident vaqonlarının zirehli olması, qatarın hərəkət cədvəlinin də qatarının maksimum sürətlə və dayanmadan hərəkət edə bilməsi üçün Putinə uyğun tənzimlənməsi var.

Yeri gəlmişkən, xüsusi qatarları adi qatarlardan xüsusi rabitə antenaları ilə fərqləndirmək olar. Həmçinin, deyildiyi kimi, o, eyni anda üç lokomotivlə çəkilir.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Çin və Rusiyaya səfərləri zamanı xüsusi zirehli qatardan istifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə