Əgər biz Ukraynaya təyyarələri pilotlarla birgə göndərsəydik...

Stoltenberq: Ukraynaya təyyarələrin tədarükü NATO-nu münaqişə tərəfi etməyəcək
Əgər biz Ukraynaya təyyarələri pilotlarla birgə göndərsəydik...

Ukraynaya təyyarələrin tədarükü NATO-nu münaqişə tərəfinə çevirməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu fevralın 13-də bloka daxil olan ölkələrin müdafiə nazirlikləri rəhbərlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO-nun münaqişədə iştirakı Ukraynada uçuşa qadağa zonasının təmin edilməsi üçün alyans təyyarələrinin pilotlarla birlikdə göndərilməsi olacaq.

Baş katib müdafiə nazirlərinin görüşündə də bu mövzunun müzakirə olunacağını qeyd edib.

Təbii ki, bunun xeyli vaxt apara biləcəyinə diqqət çəkən Stoltenberq, hazırda Ukraynanın təcili təchizata ehtiyacı olduğuna görı bütün ölkələri öz öhdəliklərini yerinə yetirməyə çağırıb.

Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Arne Kollats Almaniya hakimiyyətinin Ukraynaya mümkün döyüş təyyarələrinin çatdırılması məsələsini nəzərdən keçirmədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə