NATO-dan Türkiyəyə həmrəylik mesajı

NATO-dan Türkiyəyə həmrəylik mesajı

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyədə baş verən zəlzələlərə görə alyans üzvü ölkələrin Türkiyə ilə güclü həmrəylik içində olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Stoltenberq fevralın 14-15-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantıs ilə əlaqəli təşkil etdiyi mətbuat konfransında Türkiyədə baş verən zəlzələlərə toxunub.

“Ürəyimiz türk xalqının yanındadır. NATO-ya üzv ölkələrin axtarış-xilasetmə dəstələri, yanğınsöndürənlər, səhiyyə işçiləri və zəlzələ ekspertləri kimi çoxlu yardım qrupu Türkiyəyə cəlb olunub. Müttəfiqlərimiz Türkiyəyə ilə güclü həmrəylik içindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə