178 saatdan sonra xilas edilən azyaşlı çiyələkli süd istədi

178 saatdan sonra xilas edilən azyaşlı çiyələkli süd istədi

Türkiyənin Adıyaman bölgəsində xilasetmə işləri davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən 178 saat sonra dağıntılar altından xilas edilən azyaşlının görüntülərini paylaşıb.

Adıyamanda 178 saat sonra xilas edilən 6 yaşlı Hivaya ilkin tibbi yardım edilib. Azyaşlı tibbi yardım qruplarından çiyələkli süd və şirniyyat istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə