Qazaxıstanın seysmoloji stansiyalar şəbəkəsi bazar ertəsi Çin ərazisində 4.3 maqnitudalı zəlzələ qeydə alıb.
SİA-nın məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübi-Metodik Ekspedisiyası xəbər verir.
Məlumata əsasən, yeraltı təkan Astana vaxtı ilə saat 16:38-də qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 614 km şimal-şərqdə, Çin ərazisində yerəşib. Ocaq 10 km dərinlikdə yerləşir.
Xəsarət alanlar və dağıntılar barəsində məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB