Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb

Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıya çatmadan yıxıldığı görünür.

Saakaşvili 2021-ci ildə həbs edib, o, Rustavi şəhərinin həbsxanasında saxlanılırdı. 2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib.

8 ildən sonra ölkəsinə qayıdan sabiq prezident 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkaçişvilinin əmlakını müsadirə etməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və deputatı döyməkdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə